“Ay Elvin, yavaş sür!” - Eşidilməyən xəbərdarlığın faciəli sonu - VİDEO

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Göygöldə iki gəncin ölümü və digər ikisinin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsinə dair açıqlama verib.
Avtosfer.az xəbər verir ki, DYP rəsmisi bu kimi hadisələrin cəmiyyətə ciddi mesajlar ötürdüyünü bildirib.
Rövşən Tağıyev qəza anından əvvəl sərnişinlərdən birinin sürücünü ehtiyatlı olmağa çağırmasına diqqət çəkib:
“Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar... Yavaş sür!” Bu cümlə bir xəbərdarlıq idi, amma təəssüf ki, eşidilmədi. Nəticədə bir neçə ailənin həyatı alt-üst oldu. Sükan arxasında edilən bir anlıq səhv bəzən bir ömrü deyil, bir neçə həyatı yarıda qoyur. Həyat heç bir “cəsarət nümayişi” və ya “bacarıq sınağı” üçün qurban verilə bilməz. Bu cür hadisələr bir daha göstərir ki, yol nə zarafat yeri, nə də cəsarət meydanıdır. Hər kilometrin sonunda həyat dayanır - ya sağ, ya da itirilmiş halda. Heç bir sürət həyəcanı bir gəncin gülümsəməsini əvəz etməz, heç bir “mən bacarıram” sözü bir ananın göz yaşını silə bilməz”.
Bu cümlə bir xəbərdarlıq idi, amma təəssüf ki, eşidilmədi. Və nəticədə bir neçə ailənin həyatı alt-üst oldu. Sükan arxasında edilən bir anlıq səhv bəzən bir ömrü deyil, bir neçə həyatı yarıda qoyur. Həyat heç bir ‘cəsarət nümayişi’ və ya ‘bacarıq sınağı’ üçün qurban verilə bilməz,” — deyə şöbə rəisi vurğulayıb.
O əlavə edib ki, bu cür hadisələr bir daha göstərir ki, yol nə zarafat yeri, nə də cəsarət meydanıdır. Hər kilometrin sonunda həyat dayanır – ya sağ, ya da itirilmiş halda. Heç bir sürət həyəcanı bir gəncin gülümsəməsinə əvəz etməz, heç bir ‘mən bacarıram’ sözü bir ananın göz yaşını silə bilməz.
Rövşən Tağıyev bir daha sürücülərə xatırladıb ki, sükan arxasında məsuliyyətli olun, sürət həddini aşmayın, təhlükəsiz məsafəni qoruyun və hər zaman ehtiyatla hərəkət edin.
Unutmayaq ki, yollar insanları birləşdirmək üçün çəkilib — ayırmaq üçün yox.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












