Azərbaycanda AĞIR QƏZA: 2 qadın, 1 kişi ÖLDÜ - YENİLƏNİB

Samuxda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, VAZ-2107 və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü S.Əhmədov, 1987-ci il təvəllüdlü F.Əhmədova və 1962-ci il təvəllüdlü A.Alıyeva hadisə yerində həyatlarını itiriblər. Qəza zamanı daha iki nəfər ağır xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Xilasedicilər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalan 3 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Eyni zamanda, avtomobildə sıxılmış vəziyyətdə qalan bir nəfər yaralı da xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
***22:13
Samuxda ağır yol qəzası baş veribə
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.
Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma başlanılıb.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev












