Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var - FOTOLAR - YENİLƏNİB

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar evə buraxılıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.
Məlumatda bildirilib ki, bu gün səhər saat 9 radələrində İsmayıllı rayonu ərazisindəki yol-nəqliyyat hadisəsi səbəbi ilə altı nəfər (üç kişi, üç qadın) İsmayıllı RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Yaralılara bədənin müxtəlif nahiyələrinin açıq yaraları və küt travmaları, alt çənənin hematoması, oma sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, hadisə zamanı 1993-cü il (kişi) və 2002-ci il (qadın) təvəllüdlü şəxslərin həkiməqədər ölüm faktı qeydə alınıb".
***12:32
İsmayıllı rayonundakı ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində qeydə alınıb.
"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə VAZ-21011, daha sonra isə "Ford" markalı mikroavtobusa çırpılıb. Nəticədə VAZ-ın sürücüsü, 33 yaşlı Ümüd Vəliyev və sərnişini 23 yaşlı Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Hadisə nəticəsində həlak olanlar ər-arvad olublar.
Qeyd edək ki, digər nəqliyyat vasitələrinin sürücüləri də daxil olmaqla altı nəfər xəstəxanaya müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***10:16
İsmayıllıda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun "Şirin su" adlanan ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı "Ford", "Hyundai" və VAZ-2111 markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB

















