Azərbaycandakı dəhşətli qəzanın görüntüləri - 3 ölü, 4 yaralı - VİDEO

Hacıqabulda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Avtosfer.Az bildirir ki, hadisə Bakı-Qazax yolunun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb. Qobustan sakini, 43 yaşlı Müşviq Əliyevin idarə etdiyi minik avtomobili yol kənarında hərəkətsiz dayanan yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 3 nəfər sərnişin-sürücünün həyat yoldaşı - 38 yaşlı Səmayə Əliyeva, qardaşının həyat yoldaşı Xatirə Əliyeva və qardaşı oğlu, 13 yaşlı Rizvan Əlizadə ölüb. Sürücü və 3 nəfər sərnişin - 6 yaşlı Ömər Əlizadə, 10 yaşlı Nərmin Əlizadə və 9 yaşlı Əliqardaş Əlizadə isə müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Minik avtomobilində olanların Qax rayonundan istirahətdən qayıtdıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












