Azərbaycanlılar Türkiyədə qəzaya düşdü - 1 ölü, 4 yaralı - FOTO

Türkiyənin Iğdır vilayətində baş verən avtoqəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, o, Şərur rayonu Mahmudkənd sakini, 1977-ci il təvəllüdlü Ramil Məhəmməd oğlu Nəsirovdur.
***
Türkiyədə, Iğdır-Aralıq magistralının Taşburun kəndi ərazisində qəzaya düşən avtomobil sahibinin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, "Mitsubishi" markalı, Azərbaycana məxsus 68-CA-524 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi 1993-cü il təvəllüdlü Naxçıvan sakini Gəray Ərastun oğlu İbrahimovdur.
Onun etibarnamə verdiyi şəxs isə 1995-ci il təvəllüdlü Naxçıvan sakini Rövşən Qurban oğlu Əliyevdir.
Əzizə İsmayılova
***
Türkiyənin Iğdır vilayətində, Taşburun yolunda avtomobil qəzası baş verib, Azərbaycan nömrəli avtomobil aşıb.
Bu barədə Avtosfer.az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, qəza zamanı beş Azərbaycan vətəndaşı yaralanıb və yaralananlardan biri hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə xilasetmə və jandarma qrupları göndərilib.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Iğdır Dövlət Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi














