Babək prospektində QƏZA: Sıxlıq yarandı - FOTO - VİDEO - YENİLƏNİB

Bakının Xətai rayonu, Babək prospektində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 15-i, saat 7:30-da Xətai rayonu, Babək prospekti ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi cinsli) baş beyinin travması diaqnozu ilə Kliniki Tibb Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri tibbi xidmətlər göstərilib, müayinələrdən keçirilib. Yaralı stasionar müalicə üçün Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib", - deyə məlumatda bildirilir.
***10:30
"Bakının Xətai rayonu, Babək prospektində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli deyib.
"Hadisə bu gün səhər saat 7:10-da baş verib. Hadisə dörd avtomobilin toqquşması nəticəsində baş verib. Onlardan biri "Toyota Prado", ikisi "Mercedes-Benz" biri isə KİA markalı avtomobil olub.
Hazırda faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
***09:07
Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunub ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO











