Babək rayonunda ağır qəza - Ölənlər var - VİDEO

Babək rayonunun Qahab kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi 68 BK 944 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobil 67 BM 473 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində Babək rayon Qahab kənd sakini Zamanov Möhlət Baxtıcamal oğlu və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini Zamanov Mənsur Mərdan oğlu hadisə yerində həyatını itirib.
Avtomobildə olan digər sərnişin, Naxışnərgiz kənd sakini 30 yaşlı Zamanov Şöhrət Aydın, ağır bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublikası xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












