Bakı-Krasnodar avtobusu qəzaya uğradı: 3 yaralı - FOTO + VİDEO

Ötən gecə Rusiyanın Stavropol bölgəsində yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycandan Rusiyaya sərnişin daşıyan “Mersedes” markalı avtobus “Qazel” markalı avtomobillə toqquşub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Koçubey-Zelenokumsk-Mineralnıye Vodu yolunun 204-cü kilometrliyində, Moskva vaxtı ilə 05:10-da baş verib. Hadisə zamanı üç nəfər xəsarət alıb. Nəqliyyat vasitəsi Bakıdan Krasnodara doğru hərəkət edirmiş. “İlkin ehtimallara görə, “Mersedes” markalı avtobusun sürücüsü idarəetməni itirib və qarşıdan gələn avtomobilin yoluna çıxıb. Avtobusun iki sərnişini və “Qazel”in sürücüsü Budennovsk rayon xəstəxanasına çatdırılıb”, - yol polisindən bildirilib. Hadisə zamanı avtobusda 33 sərnişin və iki sürücü olub. Avtobus sürücüsünün sükan arxasında yuxuladığı iddia edilir. Faktla bağlı araşdırmalar aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












