Bakı-Quba yolunda AĞIR QƏZA - Bacı-qardaş ÖLDÜ - YENİLƏNİB

Bakı-Quba avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən hadisə fevralın 1-də saat 20:00-da Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 99-cu km-də qeydə alınıb.
"Sürücü 1998-ci il təvəllüdlü Fərid Ələddin oğlu Mirzəyevin "Chevrolet" markalı, 90-RY-234 dövlət nömrə nişanlı avtomobili Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə yol kənarında dayanan "Volvo" markalı yük maşınına çırpılıb. Nəticədə "Chevrolet" markalı avtomobildə olan sərnişinlər 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və 2002-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.
Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir./oxu.az
***09:07
Bakı–Quba avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, magistralın Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.
Qəza zamanı 2006-cı il təvəllüdlü Mirzəyeva Səma Cəmaləddin qızı və onun qardaşı - 2001-ci il təvəllüdlü Mirzəyev Ramal Cəmaləddin oğlu hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












