Bakı sakinini qatar vurub
Qəzalar
4 Sentyabr 2018 10:00

Faktla bağlı cinayət işi başlanıb
Bakıda dəmir yolu xəttində ölümlə nəticələnən qəza baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə sentyabrın 3-də saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Biləcəri-Keşlə dəmir yolu xətttinin 265-ci kilometrliyində dəmir yolunun piyadalar üçün keçid müəyyən olunmayan hissəsindən keçmək istəyən Hüseynov Allahverdi Mütəllim oğlu Biləcəri Lokomotiv Deposuna məxsus 25-29 saylı elektrovozla vurulub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Oxunub : 842
DİGƏR XƏBƏRLƏR
18 Avqust 2026 16:00
Kənar Dairəvi yolda təkəri çıxan yük maşını aşdı - VİDEO
18 Avqust 2026 14:00
Ağır qəza: “Opel” və “KIA” toqquşdu, bir nəfər yaralandı - VİDEO
18 Avqust 2026 13:30
Dünən yol qəzasında öldü; bu gün doğum günüdür - FOTO
18 Avqust 2026 12:56
Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI - FOTO - VİDEO
18 Avqust 2026 09:00
Tovuzda maşın su kanalına düşdü - Ölənlər var - FOTO
17 Avqust 2026 23:30
Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ - VİDEO
17 Avqust 2026 22:55
Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO
17 Avqust 2026 16:00
Şirvanda “Opel” yol kənarına aşdı, sürücü xəsarət aldı - VİDEO
17 Avqust 2026 14:00
Prospektdə sürücünün təhlükəli manevri qəza ilə nəticələndi - ANBAAN VİDEO
17 Avqust 2026 11:36
Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - VİDEO
17 Avqust 2026 10:20
Dairəvi yolda yük maşını aşdı; tıxac yarandı - FOTO
17 Avqust 2026 09:36
Ucardakı qəzada ölən Elnurla Aqilin FOTOsu
ŞƏRH YAZ










