Bakı-Şamaxı yolunda qəza - VİDEO - YENİLƏNİB

Bakı-Şamaxı-Yevlax yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətləri açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, yanvarın 7-də, saat 08:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Şamaxı yolundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət alan dörd nəfərə (iki kişi, iki qadın) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Onlara döş qəfəsinin əzilməsi, onurğanın bel şöbəsinin kapsul-bağ aparatının gərilməsi və zədələnməsi, aşıq-baldır oynağı və ayaq nahiyəsinin səthi travması, sirkə kasasının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
1957-ci il, 1981-ci il və 1985-ci il (2 qadın, 1 kişi) təvəllüdlü şəxslərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıblar.
Vəziyyəti orta ağır qiymətləndirilən 1957-ci il təvəllüdlü (kişi) pasiyentin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir", - deyə məlumatda vurğulanır.
***
Bakı-Şamaxı-Yevlax yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 9 radələrində yolun 116-cı kilometrliyində qeydə alınıb. Azər Əliyevin idarə etdiyi "Tofaş" və Razim Əzizovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Nəticədə "Tofaş"ın sürücüsü və iki sərnişinin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü












