Bakıda 19 yaşlı motosiklet sürücüsünün öldüyü qəzanın yeni VİDEOsu

2025-ci ilin 12 ayı ərzində respublika yollarında motosiklet və moped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
"Həmin hadisələr nəticəsində 12 nəfər həyatını itirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Statistik göstəricilər bu kateqoriyaya aid nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələrlə müşayiət olunduğunu açıq şəkildə göstərir.
Aparılan araşdırmalar göstərir ki, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydalarına etinasız yanaşması, sürət həddinin aşılması, təhlükəli manevrlər, digər nəqliyyat vasitələri ilə məsafənin düzgün saxlanılmaması, eləcə də yol şəraitinin və nəqliyyat axınının düzgün qiymətləndirilməməsi bu tip yol-nəqliyyat hadisələrinin başlıca səbəbləri sırasındadır. Fiziki qoruyucu konstruksiyalara malik olmayan bu nəqliyyat vasitələrində hər bir yanlış qərar ağır xəsarət və ya ölümlə nəticələnə bilir.
Xüsusilə qeyd olunmalıdır ki, motosiklet və moped sürücüləri yol hərəkətinin ən həssas iştirakçıları olmaqla yanaşı, qaydalara əməl edilmədiyi hallarda yüksək risk yaradan kateqoriyaya daxildir. Onların yol hərəkətində digər iştirakçılarla eyni məsuliyyəti bölüşməsi ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Statistik təhlillər göstərir ki, məsuliyyətsiz davranış təkcə motosiklet və moped sürücüləri üçün deyil, digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə mənbəyinə çevrilir", - qurumdan bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet və moped sürücülərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təhlükəli manevrlərdən çəkinməyə və yol şəraitini düzgün qiymətləndirməyə çağırır.
Qeyd edək ki, dünən Bakıda Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO











