Bakıda AĞIR QƏZA: Avtomobil ikiyə bölündü - VİDEO - YENİLƏNİB

Böyükşor-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumatda bildirilib ki, iyulun 6-da saat 23:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı yolu ərazisindən çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır stabildir", - deyə məlumatda vurğulanır.
***10:36
Böyükşor-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyulun 6-da saat 23:22-də baş verib.
BMW markalı, 77-GE-175 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olan A.İsmayılov idarəetməni itirib. Nəticədə avtomobil beton plitəyə çırpılıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
***09:09
Böyükşor-Pirşağı yolunda avtomobildə yanğın baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, BMW markalı minik avtomobili qəza törədib, nəticədə maşın iki hissəyə ayrılaraq alışıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












