Bakıda ağır qəza: xəsarət alanlar var - FOTO

Səbail rayonunda iki minik avtomobili toqquşub.
Avtosfer.Az report.az-a istinadən bildirir ki, hadisə Bayıl qəsəbəsində baş verib.
Belə ki, Vüsal Əliyev idarə etdiyi 02-BT-877 dövlət nişanlı "VAZ-2107" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qarşısına 99-AK-104 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobil çıxıb. V.Əliyev bu səbəbdən əyləcdən istifadə edib. Onun "Report" a bildirdiyinə görə, bu zaman avtomaşının əyləc sistemi işləməyib. Nəticədə qəza baş verib.
Hadisə zamanı "VAZ-2107"-də olan iki sərnişin və "Daewoo"-nun sürücüsü xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla əlaqədar əraziyə Səbail Rayon Yol Polis Şöbəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.
Avtotexniki ekspertiza təyin edilib. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














