Bakıda ağır yol qəza: 2 ölü, 1 yaralı

Bakı şəhərinin Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 4-ü saat 18 radələrində Qaradağ rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığında Bakı şəhər sakini Adil Məmmədov idarə etdiyi “Saipa” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Rəhman Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinin yarımqoşqusuna, sonradan isə paytaxt sakini Emin Muradovun eyni istiqamətdə idarə etdiyi “Hyundai” markalı avtomobilə vurub. Nəticədə A.Məmmədov və sərnişinlərindən həmyerlisi Yalçın Ağayev hadisə yerində ölüb, digər bir sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












