Bakıda avtomobil tuneldən keçən sərxoş piyadanı vuraraq öldürüb – VİDEO

Nərimanov rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, təqribən, 50-55 yaşlı, şəxsiyyəti məlum olmayan kişi "Bağırov körpüsü" kimi tanınan körpünün altında, nəqliyyat vasitələrinin sürət həddinin saatda 90 km olduğu yerdən bir neçə dəfə yolu keçərək avtomobillərə mane olub. Sürücülər bu hərəkətinə görə ona bir neçə dəfə irad tutub. Buna baxmayaraq, həmin şəxs yolun digər tərəfinə yenidən keçərkən onu 1944-cü il təvəllüdlü Əliyev Tofiq Mahmud oğlunun idarə etdiyi 90-VA-050 dövlət qeydiyyat nişanlı "Ford Edge" markalı avtomobil vurub.
Nəticədə piyada hadisə yerində ölüb. Qəza ilə bağlı prospektdə sıxlıq yaranıb.
Hadisə yerinə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mahmud Abdullayev və Nərimanov RPİ-nin əməkdaşları cəlb edilib. Ərazidə avtotexniki ekspertiza təyin edilib. İlkin ehtimala görə, piyada sərxoş olub.
Qəzanı törədən avtomobil cərimə meydançasına yerləşdirilib, sürücü isə saxlanılıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












