Bakıda "Bentley" markalı avtomobil qəza törətdi - VİDEO - YENİLƏNİB

Suraxanı rayonunun Günəşli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yeni Günəşlidən Köhnə Günəşli istiqamətinə gedən yolda, saat 12-də qeydə alınıb.
"Mercedes" markalı, 99-GU- 414 dövlət nömrə nişanlı avtomobillə, "Bentley" markalı 90-PB-074 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində "Mercedes-Benz"in sürücüsü Fazil Məhəmməd oğlu Məmmədov xəsarət alıb.
***16:11
Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, oktyabrın 13-ü, saat 12:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Suraxanı rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir (kişi) şəxsə ilkin tibbi xidmət göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.
***13:53
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsində qeydə alınıb.
"Bentley" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO











