Bakıda iki nəfəri avtomobil vurub, sürücü hadisə yerindən yayınıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. "Report"un xəbərinə görə, hadisə gecə saatlarında Nizami rayonunda qeydə alınıb. 8-ci kilometr qəsəbəsi bazarının qarşısından yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Qəhrəmanov Ramin Aydın oğlunu naməlum markalı avtomobil vurub. Yaralının verdiyi məlumta görə, sürücü hadisə yerindən qaçıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bir nəfərin xəsarət alması ilə nəticələnən digər yol qəzası da Nizami rayonunda baş verib. "Ağ saray" şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Zeynalabdin Saleh Elçin oğlunu naməlum markalı avtomobil vurub. Avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Yaralı valideynlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












