Bakıda mikravtobus qəzaya düşdü: 10-dan çox yaralı var - VİDEO - YENİLƏNİB

Bakının Xəzər rayonunda 19 nəfərin xəsarət alması ilə nəticələnən qəzanın baş verdiyi ərazi ilə bağlı tükürpərdən detal üzə çıxıb.
Belə ki, hadisə şahidləri bu ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin baş verdiyini bildiriblər.
"Bir ay əvvəl bu yolda bir qadın qəza nəticəsində öldü. 5-ci sinif uşağını maşın vurdu. İldə 4-5 ölüm hadisəsi olur", - hadisə şahidi söyləyib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
***12:41
Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-də, saat 06:30-dan etibarən 19 nəfər (18 qadın cinsli, bir kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində yeddi nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanır.(oxu.az)
***10:30
"Mikroavtobusla minik avtomobilinin toqquşduğu yol-nəqliyyat hadisəsi bu gün saat 6:00-da Xəzər rayonu ərazisində, Qala-Pirallahı yolunda qeydə alınıb".
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.
"Hyundai" markalı, 99-XM-330 dövlət nömrə nişanlı minik avtomobili "Mercedes" markalı, 10-XE-462 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.
Hadisə nəticəsində üç nəfər xəsarət alıb", - deyə T.Nəsirli bildirib.
***10:06
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox insan xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Fatkla bağlı araşdırma aparılır.
Sabirabadda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB
“Nohur Göl”ün qarşısında qəza: “Ford” və “Mercedes” toqquşdu - VİDEO
Binədə qəza: İki “Toyota” toqquşdu - VİDEO
Bərdədə qəza: Ölən var
Naxçıvanda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO
Goranboydakı qəzada həlak olan iki nəfərin kimliyi bilindi - FOTO
Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO










