Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
Qəzalar
19 Mart 2018 10:07

Qəza nəticəsində iki sərnişin xəsarət alıb
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, hadisə ötən gün səhər saatlarında Xətai rayonunda qeydə alınıb. Əhmədli qəsəbəsi ərazisində 57 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusu minik avtomobilinə çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər - 48 yaşlı Novruzova Şəlalə Xosu qızı və 57 yaşlı Nəzərov Şakir İzzət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Oxunub : 865
DİGƏR XƏBƏRLƏR
16 Avqust 2026 23:00
Samuxda AĞIR QƏZA: Ata və oğlu xəsarət aldı
16 Avqust 2026 20:41
Ucarda yük maşını aşdı: Pomidor və xiyar yola dağıldı - FOTO
16 Avqust 2026 18:15
Muğanlı-İsmayıllı yolunda iki "Toyota" toqquşdu - VİDEO
16 Avqust 2026 14:00
Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü - FOTO
16 Avqust 2026 13:31
Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOsu
16 Avqust 2026 12:00
Macarıstanda avtobus qəzası - 12 ölü, 10-dan çox yaralı
16 Avqust 2026 09:00
Tovuzda yük avtomobili elektrik dirəyinə çırpıldı, SÜRÜCÜ ÖLDÜ
15 Avqust 2026 23:00
Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var
15 Avqust 2026 10:47
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
15 Avqust 2026 09:32
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
14 Avqust 2026 17:00
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
14 Avqust 2026 15:30
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
ŞƏRH YAZ










