Bakıda sürücü infarkt keçirdi, avtobus qəza törətdi - VİDEO - YENİLƏNİB

Ötən gecə saat 23:20 radələrində "BakuBus" MMC-nin istismarında olan 189 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-926 dövlət qeydiyyat nişanlı avtobus Maştağa qəsəbəsi, Nizami küçəsində yol nəqliyyat hadisəsinə uğrayıb.
"BakuBus" MMC-dən bildirilib ki, ilkin ehtimala görə nəqliyyat vasitəsini idarə edən sürücü Babayev Haşım ürək tutması ilə əlaqədar idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında yerləşən marketə çırpılıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Sərnişinlər arasında xəsarət alan olmayıb.
Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
(unikal)
***
Maştağa qəsəbəsində "Baku Bus"a adi avtobus qəza törədib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, qəzaya səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Qeyd edək ki, avtobus depoya getdiyi üçün boş olub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












