Bakıda "Tofaş" Penitensiar Xidmətin maşını ilə toqquşdu: ölənlər var

Avqustun 8-i, gecə saatlarında Balaxanı-Mehdiabad şossesində (Balaxanı qəsəbəsi ərazisində) baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb. Avtosfer.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Sabunçu rayon Polis İdarəsindən məlumat verilib. Gecə saat 23:00-da 1991-ci il təvəllüdlü Muradov Kamran Sabir oğlunun idarə etdiyi 90 BZ 480 dövlət nömrə nişanlı Tofaş markalı avtomobil yol kənarında dayanmış Ədliyyə Nazirliyininin Penitensiar Xidmətinə məxsus Hyundai markalı avtomobilə dəyib. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü - Kamran Muradov və 1989-cu il təvəllüdlü Dövlətov Ziya Şahbaz oğlu ölüb. Onların hər ikisi qəzadan dərhal sonra 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılsalar da, onların həyatlarını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİN-nin rəsmi məlumatlarına görə, ötən sutka ərzində respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Həmin qəzalar nəticəsində 5 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












