Bakıda xarici ölkə vətəndaşı qəza törədib, ölən və yaralanan var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, qəza Suraxanı rayonu ərazisində, Zığ şosesində qeydə alınıb.
Gürcüstan vətəndaşı, 1981-ci il təvəllüdlü Balısnıy Aleksandrın idarə etdiyi "Mercedes" markalı avtomobil şosedə əks istiqamətdə hərəkət edərək qarşıdan gələn, Məmməd Söhrab Şöhrət oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobilinin yoluna çıxıb. Nəticədə "Mercedes" "Ford"la toqquşub.
Hadisə zamanı "Ford" avtomobilinin sürücüsünün ayağı sınıb. Mercedes" markalı avtomobilin sürücüsü isə deformasiyaya uğramış nəqliyyat vasitəsində ağır xəsarət alaraq ölüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları "Mercedes"in sürücüsünün meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












