Bakıda yanacaqla dolu maşın aşdı; yol polisi görüntüləri yaydı - VİDEO

Bu gün, saat 05:50 radələrində Bakı–Qazax avtomobil yolunun 248-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, İsmayıl İsmayılovun idarə etdiyi “Mercedes” markalı, 77-DU-358 dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Hadisə yerinə dərhal BDYPİ-nin əməkdaşları cəlb olunub. Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində dizel yanacağı daşıyan nəqliyyat vasitəsinin yanmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edərək xatırladır ki, xüsusilə iri tonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunması zamanı yüksək diqqət, məsuliyyət və ehtiyatlılıq vacibdir.
Qurumun məlumatında bildirilir ki, belə nəqliyyat vasitələrinin texniki sazlığının yoxlanılması, sürət həddinə və məsafə intervalına əməl olunması, həmçinin yorğun və yuxusuz halda sükan arxasına keçməmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.
“Unutmayaq ki, yollarda bir anlıq ehtiyatsızlıq təkcə sürücünü deyil, digər hərəkət iştirakçılarını da təhlükəyə atır”, – deyə BDYPİ sürücülərə çağırış edib.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












