Bakıya gələn qatarlar gecikir: sərnişinlərin halı pisləşib - Qəza olub

Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə var. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətin çox böyük gecikmə var. Bakıya gələn sərnişinlərin qohumlarının bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib. Bakı Sərnişin Stansiyasından qohumlarını gözləyənlərə bildiriblər ki, gecikmə ən azı 4-5 saat təşkil edəcək. "Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbələrdən verilən məlumata görə, gecikmə dəmir yolunda baş vermiş qəza ilə əlaqədardır. Belə ki, ötən gecə Ucar rayonu Müsüslü kəndi ərazisində hərəkət edən qatarlardan birinin elektrovozu relsdən çıxıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa edilib.
***
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, gecikmə həqiqətən yolda baş vermiş qəza ilə bağlıdır: "Böyük Kəsikdən Bakıya gələn 665 saylı sərnişin qatarı sentyabrın 22-si saat 02:27 radələrində Ucar rayonu Müsüslü stansiyasından keçərkən elektrovoz relsdən çıxıb. Qəza zamanı hər hansı xəsarət hadisəsi qeydə alınmayıb. Sərnişinlərin Bakıya çatdırılmasını təmin etmək üçün onlar arxadan gələn qatara yerləşdirilib. Böyük-Kəsikdən gələn qatarda sərnişinlərin sayı çox olmadığına görə, bu elə də ciddi problem yaratmayıb. Qəzaya uğramış lokomotiv dəmir yolunun qəza briqadası tərəfindən yoldan çıxarılıb, qatarların hərəkəti tam bərpa edilib. Bununla əlaqədar qatarların hərəkətində təxminən 3 saatlıq gecikmə qeydə alınıb. Hazırda qərb istiqamətindən gələn qatarlar Bakıya yaxınlaşırlar". Şöbə rəisi əlavə edib ki, qəza baş verməsi səbəblərinin araşdırılması üçün komissiya yaradılıb.
Qayda pozan sürücülər döngədə qəza törətdilər - VİDEO
Kənar Dairəvi yolda zəncirvari qəza - VİDEO
Gəncədə iki avtomobil toqquşdu - “Niva” bir neçə dəfə aşdı - FOTO
Hövsanda “Changan”la toqquşan “Ford” daha sonra dirəyə çırpıldı - VİDEO
Bir gündə eyni yerdə iki avtomobil qatarla toqquşdu - İkisi də "Prius" - VİDEO
Bakıda qeyri-adi yol qəzası - VİDEO
İki zolağın arasına girən sürücü qəza törədib qaçdı - VİDEO
Qəzada ölənlərdən biri Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Qırmızı işığı saymayan motokuryer qəzaya düşdü - VİDEO
Ağsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ - VİDEO - YENİLƏNİB
Keçən il Azərbaycanda hər gün təxminən 2 nəfər qəzada ölüb - EKSPERT - FOTOSESSİYA








