Balakəndə ağır qəza: Ölənlər var - YENİLƏNİB

Balakən rayonunun Qullar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 24 iyulda 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) qəza nəticəsində Balakən Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Müayinə nəticəsində pasiyentə çoxsaylı travmatik sınıqlar və açıq yara diaqnozları təyin olunub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.(oxu.az)
***14:23
Balakən rayonunun Qullar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00-da baş verib.
Belə ki, "Mercedes-Benz" markalı, 20-EU-635 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq piyada, 1993-cü il təvəllüdlü Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, nəqliyyat vasitəsinin sürücüsü, 29 yaşlı İmam Babazadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***13:18
Balakən rayonun Qullar kəndində ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və başqa bir tikiliyə çırpılıb.
Nəticədə iki nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.(apa)
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












