Balakəndə yol qəzası: xəsarət alan var

Balakən rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, sentyabrın 14-də səhər saatlarında Balakən rayonunun Gərəkli kənd sakini Ramiz Cəlal oğlu Taşov idarə etdiyi “VAZ-21154” markalı 90 XE 041 dövlət nömrə nişanlı minik avtomobil ilə Balakən şəhər sakini, 1996-cı il təvəllüdlü Vasif Asif oğlu Qasımovun idarə etdiyi “Mersedes” markalı 08 BG 618 dövlət nömrə nişanlı minik avtomobilini arxadan vurub. Nəticədə V.Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və döş qəfəsinin əziyi diaqnozu qoyulub, müalicəsi Cərrahiyyə şöbəsində aparılır. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












