Baş naziri öldürən sürücü narkotik vasitə istifadəçisi olub

Hərəkətdə olarkən qarşı tərəfdəki yol xəttinin üzərinə çıxan və nəqliyyat vasitəsi ilə Abxaziyanın baş naziri Gennadi Qaqulinin olduğu avtomobillə toqquşan sürücü narkitok vasitənin təsiri altına olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə respublikanın baş prokurorunun köməkçisi Daur Amiçb bildirib. "Müayinə aparılıb, məlum olub ki, onun qanında alkoqol yoxdur, lakin narkotiklərin istifadəsi ilə bağlı analiz müsbət nəticə verib", - deyə o, "Abxaziya Sputnik" agentliyinə bildirib. Qəza sentyabrın 8-də, yerli vaxtla saat 23:00-də Qudautsk rayonunun Psou-Suxum yolunda baş verib. Zvandriş kəndinin sakini, 1996-cı il təvəllüdlü Hadjarat Tarsmanın idarə etdiyi avtomobil Qaqulinin avtomobilinə çırpılıb. Qəza zamanı Abxaziyanın baş naziri, 70 yaşlı Qaqulin hadisə yerində vəfat edib, onun mühafizəçiləri və sürücü xəstəxanaya yerləşdirilib. Qəzanın şahidi Abxaziya prezidenti Raul Hадcимба və onun rəhbərlik etdiyi nümayəndə olub. Hadisəni törədən sürücü saxlanılıb və cinayət işinə başlanıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












