Bərdədə fəhlə daşıyan mikroavtobus yandı - 9 yaralı, FOTOLAR

Bərdədə yanan mikroavtobusun sürücüsü və xəsarət alan fəhlələrin kimliyi məlum olub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Anar Nəbiyevin idarə etdiyi “RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna, 40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, şəkillərdən avtobusun maye qazla işlədiyi görünür.
20:29
Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib. Məlumata görə, 66-ZC-806 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusda hərəkət zamanı yanğın baş verib. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















