Bərdədə ölümlə nəticələnən qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Bərdə rayonunun Gərənə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 12-də saat 20:15-də baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı iki nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Onlardan 2001-ci il təvəllüdlü şəxsə ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasına təxliyə edilib.
1973-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, qəza zamanı "Mercedes" markalı avtomobil VAZ-2106 markalı maşınla toqquşub. Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü Elməddin Ocaqverdiyev hadisə yerində həlak olub.
Avtomobillərdə olan Vasif İsfəndiyar oğlu Musayev və Elçin Kamil oğlu Əhmədov xəsarət alıblar.
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












