Biləsuvardakı qəzada 4 nəfər yaralandı

Biləsuvar rayonunda baş vermiş ağır qəzada xəsarət alan şəxslərin adları məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunlar Masallı şəhər sakinləri - 1962-ci il təvəllüdlü Muxtarov Urfan Abutalıb oğlu, 1971-ci təvəllüdlü Cabbarova Könül Şükür qızı, 1992-ci il təvəllüdlü Cabbarov Zaur Müdhət oğlu və 1962-ci il təvəllüdlü Culfa rayon sakini Nağıyev İsgəndər Məhəmməd oğludur.
Aprelin 7-si saat 18:30 radələrində Ələt-Astara magistral avtomobil yolunun 97-ci km-də, Biləsuvar rayon Xırmandalı kəndi ərazisindən keçən hissədə Naxçıvanın Culfa rayon sakini İsgəndər Nağıyevin idarə etdiyi “Naz-Lifan” markalı "KJ 627 Az tr" dövlət qeydiyyat nişanlı avtomobillə Urfan Muxtarovun idarə etdiyi “Mercedes” markalı "90-SH-865" dövlət qeydiyyat nişanlı maşın toqquşub. Nəticədə “Naz-Lifan”ın sürücüsü ağır vəziyyətdə, “Mercedes”in sürücüsü və avtomobildə olan sərnişinlər - Zaur Cabbarov və Könül Cabbarova aldıqları müxtəlif növ yüngül bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












