Binəqədidəki dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Bakıda yük avtomobilin minik avtomobilin üzərinə aşması səbəbindən 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Avtosfer.az "Report.az"a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, sentyabrın 6-da Binəqədi rayon ərazisində 1976-cı il təvəllüdlü Əbdülov Vahid Vaqif oğlunun idarə etdiyi "DAF" markalı hərəkətdə olan zaman körpünün üzərindəki sərt döngədə idarəetməni itirərək körpüdən aşıb.
Aşma nəticəsində yolda işıqforun qırmızı işığında gözləməkdə olan 1978-ci il təvəllüdlü İbrahimov Yusif İbrahim oğlunun idarə etdiyi "Changan" markalı avtomobilin üzərinə düşüb. Hər iki avtomobilin sürücüsü, habelə hadisə zamanı "Changan" markalı avtomobildə sərnişin qismində olan 1982-ci il təvəllüdlü Hacıyev Abdulla Əkrəm oğlu ölüblər.
Bundan başqa, hadisə zamanı 92 saylı avtobusda olan 2000-ci il təvəllüdlü Ağayeva Lalə Zeynal qızı və 2002-ci il təvəllüdlü Nəcəfova Fidan Namiq qızı döş qəfəsinin küt travmaları ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi müayinə göstərildikdən sonra evə buraxılıblar.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












