Bir ailə yol qəzasına düşdü: ölən və yaralananlar var - Şəmkirdə

Bakı-Qazax avtomobil yolunda baş vermiş yol qəzasında ölən və yaralananların kimliyi məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, "Opel" markalı avtomobilin qəzaya uğraması nəticəsində 1 yaş 8 aylıq Nuray Cavid qızı Məmmədova ölüb.
Hadisə zamanı həmçinin Gürcüstan Respublikası, Marnueli rayon sakini, Kərimova Aidə Əli qızı (1985-ci il təvəllüdlü), Bakı şəhər, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, Kərimova Dizbəst (1962-ci il təvəllüdlü) və Məmmədov Cavid Hiday oğlu (1977-ci il təvəllüdlü) xəsarət alıblar. Hər üç yaralının vəziyyətinin orta-ağır, daha iki yaralının vəziyyətinin isə normal olduğu bildirilir.
İlkin ehtimallara görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
***04:44
Bakı-Qazax avtomobil yolunda yol qəzası baş verib. "Opel" markalı avtomobil Bakı şəhərindən Gürcüstan istiqamətinə hərəkətdə olarkən Şəmkir rayonda yerləşən "Tır parkı" deyilən ərazinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində, 1 uşaq ölüb, daha 5 nəfər yaralanıb.
Ölən və yaralananlar bir ailənin üzvüdürlər. İlkin ehtimallara görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












