Bir ailənin 6 üzvü qəzaya düşüb - Zaqatalada

Zaqatalada bir ailənin 6 üzvü qəzaya düşüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gecə saat 03.00 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.
Balakən rayonu Tülü kənd sakini, 1974-cü il təvəllüdlü Ramiz Bayram oğlu Seyidov idarə etdiyi “Mersedes” markalı "99 KT 616" dövlət nömrə nişanlı minik avtomobili ilə Bakıdan Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb və maşın yolun səviyyəsindən 4 metr aşağıdakı düzənliyə düşüb. Qəzadan sonra sürücü R. Seyidov, onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Aytən Kamil qızı Seyidova, onların övladları - 2000-ci il təvəllüdlü Xəqani və 2001-ci il təvəllüdlü Sənan, Ramizin bacısı 1976-cı il təvəllüdlü Esmira Bayram qızı Məmmədova və Esmiranın qızı - 2014-cü il təvəllüdlü Fatimə Loğman qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan bildirilib ki, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə müayinə və müalicələrini davam etdirmək üçün Balakən MRX-a göndəriliblər.
Balakən MRX-dan bildirilib ki, yaralılardan 3 yaşlı Fatimə Məmmədova reanimasiya, R. Seyidov və E. Məmmədova cərrahiyə şöbəsinə yerləşdiriliblər. Digər yaralıların vəziyyətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












