Bir ailənin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs olundu - 6 il 6 ay...

Qax rayonu ərazisində bir ailənin üç üzvünün həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Fərid Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Abdullayev 6 il 6 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, hadisə ötən il iyunun 29-da Qax rayonu ərazisində baş verib. Rayon ərazisində "Ford" və VAZ-2115 markalı avtomobillərin toqquşması nəticəsində Şəki rayon Cəfərabad kənd sakinləri, VAZ markalı avtomobilin sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanova hadisə yerində ölüblər. Qəza zamanı "Ford" markalı avtomobildə olan sürücü F.Abdullayev və 5 sərnişin xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












