Bir ailənin üzvləri yol qəzasında xəsarət alıb - Şəkidə

Şəkidə baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə günorta saatlarında Şəkiningiriş hissəsində baş verib. Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İsgəndərov Abbasəli Vaqif oğlu "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Qəza zamanı sürücü A.İsgəndərov, avtomobildə olan sərnişinlər-Mingəçevir şəhər sakinləri: - 1992-ci il təvəllüdlü Günay Nəbi qızı İsgəndərova və 1961-ci il təvəllüdlü Zemfira Şamil qızı İsgəndərova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanadan "Report"a bildirilib ki, yaralılardan G.İsgəndərovanın vəziyyəti ağır olduğundan onun müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi qərara alınıb. Digər yaralıların xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Qəzaya düşənlər bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












