Braziliyada mikroavtobus və yük maşını toqquşdu: Azı 22 nəfər öldü
Qəzalar
19 Avqust 2026 15:46

Braziliyanın cənubunda yerləşən Parana ştatında mikroavtobusla yük maşınının toqquşması nəticəsində azı 22 nəfər həyatını itirib, daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.
Ölən şəxslərin əksəriyyəti mikroavtobusun sərnişinləri olub. Eyni zamanda, yük maşınının sürücüsü də hadisə yerində dünyasını dəyişib. Yaralananların hamısı yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.
Hazırda ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb və gediş-gəlişin nə vaxt bərpa ediləcəyi məlum deyil. Ərazidə xilasetmə qrupları, yanğınsöndürmə briqadaları və həkimlər işləyir. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Oxunub : 340
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 23:47
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
13 Noyabr 2026 23:15
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
13 Noyabr 2026 21:11
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
13 Noyabr 2026 20:12
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
13 Noyabr 2026 17:30
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
13 Noyabr 2026 17:18
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
13 Noyabr 2026 13:23
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
13 Noyabr 2026 10:41
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
13 Noyabr 2026 10:30
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
12 Noyabr 2026 17:30
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
12 Noyabr 2026 16:00
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
12 Noyabr 2026 15:18
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
ŞƏRH YAZ












