Bu ölkədə vertolyot təyyarə ilə TOQQUŞUB: Pilot HƏLAK OLDU

ABŞ-nin Pensilvaniya ştatında polis vertolyotu Cessna 150 yüngül təyyarəsi ilə toqquşub. Qəza nəticəsində təyyarənin pilotu həlak olub, iki polis əməkdaşı isə yaralanıb.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, hadisə hava limanında təlim uçuşu zamanı baş verib.
Ştat polis komissarının səlahiyyətlərini icra edən şəxsin sözlərinə görə, vertolyotun heyəti uçuş-enmə zolağının yaxınlığında planlı təlim keçirib. Bu zaman iki nəfərin olduğu Cessna 150 uçuş-enmə zolağından qalxaraq kəskin şəkildə sağa dönüb və polis vertolyotu ilə toqquşub.
Toqquşmadan sonra iki polis əməkdaşı vertolyotun içərisində qalıb. Onlardan biri xilasedicilər hadisə yerinə çatana qədər pəncərəni sındıraraq həmkarının vertolyotdan çıxmasına kömək edib.
Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Qəzanın dəqiq səbəbləri araşdırılır.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












