Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO

Sumqayıt bulvarında baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
"Saat 07:30-da Ülvi Natiq oğlu Əhmədov BMW markalı, 10-RO-608 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirib. Nəticədə BMW yolun kənarında olan üç avtomobilə - 10-CY-162 dövlət nömrə nişanlı "Opel", 77-LU-404 dövlət nömrə nişanlı "Toyota" və 99-RY-599 dövlət nömrə nişanlı KIA markalı maşınlara çırpılaraq aşıb.
Qəza zamanı BMW-nin sürücü Ü.Əhmədov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir./oxu.az
***09:16
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, BMW markalı avtomobil əvvəlcə "Opel"ə və "Toyota"ya, daha sonra isə KIA markalı maşına çırpılıb və aşıb.
Hadisə zamanı BMW-də üç nəfər olub. Digər avtomobillər isə park edilibmiş.
Məlumata görə, BMW markalı maşının sürücüsü xəsarət alaraq, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
***
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Hadisə bu gün səhər saatlarında Sumqayıt bulvarında qeydə alınıb. Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində BMW markalı avtomobil aşıb. Maşına ciddi maddi ziyan dəyib.
Qeyd edək ki, hadisənin baş verdiyi yolda sürət həddi 40 km/saat təşkil edir.
Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert












