Buzovnada ölən və yaralanın olduğu ağır qəza yerindən ANBAAN VİDEO - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Bakının Buzovna qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, mərkəzdən Oxu.Az-a verilən məlumata görə, dekabrın 2-də saat 05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Buzovna qəsəbəsi, Mərdəkan yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər (kişi və qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
***10:23
Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, KIA markalı minik avtomobilinin "KamAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1991-ci il təvəllüdlü Məhərrəm Dilafət oğlu Bağırzadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə nəticəsində minik avtomobilinin sərnişini, 1963-cü il təvəllüdlü Gəvahir İsmayıl qızı Məmmədova vəfat edib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












