Daha bir süpürgəçi qadın yol qəzasının qurbanı oldu

Paytaxtda daha bir süpürgəçi qadını avtomobil vurub. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, 15:00 radələrində "Atatürk" prospektində şəxsiyyəti hələlik məlum olmayan süpürgəçi qadını avtomobil vurub.
Hadisə yerindəki şahidlər iddia ediblər ki, qadının üzərindəki süpürgəçi olduğunu bildirən fərqləndirici jileti çıxarılıb. Onun yol təmizləyən olduğunun bilinməməsi üçün belə edildiyi bildirilir.
Xatırladaq ki, martın 28-də aeroport yolunda süpürgəçi Cəmilə Salahova yol süpürərkən “Kamaz”la vurularaq öldürülmüşdü. Həmin hadisədən sonra Bakı şəhər Dövlət Yol polisi İdarəsi şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilərə xüsusi jiletlər verilmişdi. Jiletlərin işıqqaytarma funksiyası olduğu üçün sürücülərin onları zamanında görəcəyi və qəzanın qarşısını alacağı düşünülürdü.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












