Dəhşətli faciədə qurbanların sayı 209 nəfərə çatıb

Şərqi Afrikada Tanzaniya, Keniya və Uqandanın sərhədində yerləşən Viktoriya gölündə gəmi qəzası baş verib. Gəminin batması nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, şənbə günü daha 69 nəfərin meyiti aşkar edilib. Bərə cümə axşamı Yukora adasındakı yanalma körpüsündən 50 metr aralıda çevrilib. Bəzi məlumatlara görə, göyərtədə 400-ə yaxın adam olub ki, bu da gəminin imkanlarını üstələyir. Həmçinin bərə qarğıdalı, banan və sement kisələri ilə dolu yük daşıyıb. Xilasedicilərdən başqa, yüzlərlə könüllü itkin düşənlərin axtarışına çıxıb. Qeyd edək ki, gölün Tanzaniya tərəfində analoji fəlakətlər tez-tez baş verir. 2012-ci ildə Zanzibar adasında gəminin batması nəticəsində 145 sərnişin boğulmuşdu. 2011-ci ildə isə Zanzibar sahillərində 200 adam ölmüşdü. 1996-cı ildə ölkənin tarixində ən ölümcül fəlakət qeydə alınıb. Gəmi qəzası nəticəsində 500-dən çox insan həyatını itirmişdi.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












