Dəhşətli qəza: Ana və 2 oğlu öldü, gəlin komadadır – FOTO + VİDEO

Rusiyada baş verən ağır yol qəzasında azərbaycanlı ailənin bir neçə üzvü həlak olub. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, hadisə sentyabrın 19-da Samara-Ufa-Çelyabinsk magistral yolunda qeydə alınıb. Qəzaya səbəb “Mercedes-Benz” minik avtomobili ilə “Hyundai” markalı yük furqonu və “İveco” yük maşınının toqquşması olub. Nəticədə minik avtomobilində olan Nicat və Araz Quliyev Şamil oğulları, həmçinin anaları İradə Quliyeva İslam qızı ölüb. Qəzada azyaşlı və ailənin gəlini yaralı halda xəstəxanaya yerləşdirilib. Hazırda qadın komadadır. Qeyd edək ki, ailə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Azərbaycana tətil üçün gəliblər və sentyabrın 15-i Masallının Türkoba kəndindən şəxsi avtomobilləri ilə Rusiyaya yola düşüblər. Dünən isə ana və iki oğlu Masallıda dəfn olunub. Rusiya mediası qəza yerindən çəkilən fotolar və video yayıb.



Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












