Dəhşətli qəza: avtomobil ana və iki uşağını vurdu - VİDEO

Rusiyanın Karaçayevo-Çerkessiya istintaq təcridxanasının əməkdaşı dəhşətli yol-nəqliyyat hadisəsi törədib. O, avtomobili ilə yolu keçmək istəyən ana və iki azyaşlı uşağını vurub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb. Qadın altı yaşlı oğlu və dörd yaşlı qızı ilə piyada keçidindən yolu keçməyə çalışıb, bu zaman qara avtomobil yüksək sürətlə gələrək, onları vurub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hər iki uşağın vəziyyəti ağırdır. Həkimlər onlarda çoxsaylı sınıqlar və kəllə-beyin travmasının olduğunu açıqlayıblar. Onların anası da ağır xəsarətlər alıb. Hadisəni törədən şəxsin sözlərinə görə, o, evə tələsib və əyləci vaxtında sıxa bilməyib. Onun sərxoş olmadığı bildirilib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












