Dəhşətli qəzada ölən 22 yaşlı Ələsgərin FOTOsu

Noyabrın 29-na keçən gecə paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş ağır qəzaya yüksək sürətin səbəb olması müəyyənləşib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şahidləri qəzanı törədən “VAZ 2107” markalı avtomobilin saatda 150-160 kilometr sürətlə hərəkət etdiyini bildiriblər.
Qəza nəticəsində “VAZ”ın sürücüsü 22 yaşlı Ələsgər Ələsgərov hadisə yerində ölüb.
Qeyd edək ki, Mirəli Yolçu oğlu Abbasov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgər Elxan oğlu Ələsgərovun sürdüyü “VAZ 2107” toqquşub. Nəticədə sürücü Ə. Ələsgərov hadisə yerində ölüb. Sərnişinlər - 2003-cü il təvəllüdlü Sevinc Şükür qızı Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Şükür qızı Rəsulova, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ərazidəki müşahidə kamerası tərəfindən anbaan lentə alınıb.
Ələsgər Ələsgərovun və idarə etdiyi avtomobilin fotosunu təqdim edirik:

Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












