Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillərin toqquşması zamanı həyatını itirən şəxslərdən 26 yaşlı Elçin Süleymanov “Azərsun” şirkətinin bu rayondakı nümayəndəliyində çalışırmış. O, Xocavənd Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Muradlının qardaşıdır.
Qəzada Elçinlə birgə “Mercedes” markalı avtomobildə olan qardaşlar - 1986-cı il təvəllüdlü Ceyhun və 1991-ci ildə anadan olmuş Nicat Qurbanov da həlak olublar. Onlar rayonda kombayn işlədən şəxs kimi tanınıblar.
Hadisə nəticəsində “KİA” markalı avtomobilin sürücüsü Bəndalı Qənbərov isə ağır xəsarətlər alıb. O, “Aqroservis” ASC-nin Füzuli rayon şöbəsində çalışır.
B.Qənbərovun vəziyyəti ağır olduğundan Bakıda xəstəxanaların birinə təxliyə edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












