Dəhşətli qəzada ölənlər toydan gəlirmişlər - TƏFƏRRÜAT

Suraxanı rayonu ərazisində, Zığ-Hava Limanı yolunda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı 1965-ci il təvəllüdlü Azad Əhmədov, yeznəsi 1986-cı il təvəllüdlü Elvin Əsgərov və Azad Əhmədovun bibisi oğlu 1984-cü il təvəllüdlü Samir Məmmədov qohumlarının toyundan qayıdırmışlar. Onlar yolun kənarında "Hyundai" markalı yük avtomobilinin yaxınlığında dayanaraq taksi gözləyiblər.
Həmin vaxt yüksək sürətlə hərəkət edən "Toyota Corolla" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə piyadaları vurub, daha sonra isə yük maşınına çırpılaraq yanıb.
Qəza nəticəsində Samir Məmmədov hadisə yerində, Elvin Əsgərov isə xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alan Azad Əhmədov hazırda komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsindədir.
Qəza zamanı "Toyota" markalı avtomobildə sərnişin qismində olan bir qadın da xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - FOTO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu












