Dəhşətli yol qəzası: Avtomobil iki yerə bölündü, ölənlər var - VİDEO

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, insident Salavat şəhərinin Ufa küçəsində qeydə alınıb. Məlumata görə, 24 yaşlı sürücü "Lada Vesta" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq böyük sürətlə ağaca çırpılıb. Zərbənin gücündən avtomobil sözün əsl mənasında iki hissəyə bölünüb, detalları ətrafa səpələnib və kuzovu tanınmaz hala düşüb.
Qəza nəticəsində 16 və 18 yaşlı iki sərnişin aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü də daxil olmaqla daha dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında 14 yaşlı bir qızın da olduğu bildirilir.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alanları dərhal xəstəxanaya çatdırıb. Qəzanın təfərrüatları və başvermə səbəbləri araşdırılır.
Namiq Musayev
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












