DİN qəza görüntülərini yayıb səbəblərini izah etdi - Sürücülərə ÇAĞIRIŞ - VİDEO

DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. Diqqətsizlik ağır nəticələrə səbəb olub.
NİİM-dən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə qeyd olunub ki, sükan arxasında diqqətsizlik ağır qəzalara səbəb olur: "Müşahidələr göstərir ki, sürücülərin sükan arxasında diqqətsizliyi və məsuliyyətsizliyi ağır yol-nəqliyyat hadisələrinə, özlərinə və digər hərəkət iştirakçılarına, həmçinin yol infrastrukturuna ziyan dəyməsinə səbəb olur. Bu cür qəzalar əsasən sürücülərin zolağı dəyişərkən diqqətsizliyi, sürəti hərəkət intensivliyinə uyğun tənzimləməmələri səbəbindən baş verir. Nəticədə, xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə sıxlıq yaranır, hərəkət çətinləşir".
NİİM sürücülərə müraciət edərək bildirir ki, sükan arxasına əyləşən hər bir sürücü yollarda diqqətli olmalı, yol nişanlarının tələblərinə uyğun hərəkət etməli, qarşılaşa biləcəyi hər hansı maneəyə görə qəzanın baş verməməsi üçün sürət həddini və hərəkət zolağını düzgün seçməlidir: "Həmçinin texniki problemə görə məcburi dayanma zamanı sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənara çəkməli, qəza işıqlarını yandırmalı və xüsusi nişandan istifadə etməlidir. Unutmayaq ki, yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün yollarda diqqətli və məsuliyyətli olmaq, qaydalara riayət etmək lazımdır".
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO












