Ermənistanda iki avtomobil toqquşdu: 1 hərbçi ölüb, biri isə yaralanıb

Ermənistanın Sünik vilayətinin Gorus şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində bir hərbçi ölüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəza Gorus-Yerevan avtomobil yolunda qeydə alınıb. Karaunc kəndinin 41 yaşlı sakini Aram Poqosyanın idarə etdiyi “QAZ-27057” markalı maşın Verişen kəndinin sakini, 56 yaşlı Vaik Bakuntsun idarə etdiyi “VAZ-2107” minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində yaralanan Bakunts xəstəxanaya çatdırılıb, yaralanmış 29 yaşlı Armen Minasyan isə xəstəxanaya aparılarkən yolda ölüb.
Armen Minasyan Ermənistan ordusunda müqavilə əsasında xidmət edirmiş. “VAZ-2107”nin sürücüsü isə onun hərbçi həmkarı olub.
Son bir sutkada müqavilə əsasında hərbi xidmət keçən ikinci hərbçi qəzaya düşüb. Marqara-Vanadzor-Taşir avtomobil yolunda baş verən qəza nəticəsində 33 yaşlı hərbçi Vaahn Aovannisyan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












